ANAS National Museum of the History of Azerbaijan
-
Address4 Hadji Zeynal Abdin Taghiyev str., Baku, 1005 (near “Sahil” underground)Bakı, Hacı Zeynal Abdin Tağıyev küçəsi, 4 (“Sahil” metrosuna yaxın)
-
CityBakuBakı
-
CountryAzerbaijanAzərbaycan
-
Website
-
ContributorAlibekova GultenƏlibəyova Gültən
Map Of Museums
- The National Museum of History of Azerbaijan is a scientific research, cultural and educational establishment that is occupied with collecting, study, exhibit and propaganda of material and spiritual monuments concerning all periods of Azerbaijan history. The museum was created with the name “The Educational Museum of Native Land” on June 15, 1920. It was attached to “Musexcursion” subdivision which was newly-established at the department of out-of-school work of People’s Education Commissariat of Azerbaijan SSR. The materials of “Istiglal” (Independence) Museum opened on the occasion of the anniversary of the Parliament of Azerbaijan Democratic Republic on December 7, 1919, formed its main base. From July 1920, it was called “The educational Museum of Native Land – Istiglal ” in honour of the above-mentioned museum. From October 1920 to March 1936, it was named Azerbaijan SSR State Museum. From July 1920, the History Museum was placed in the palace built by a prominent oil baron and philanthropist, Hadji Zeynalabdin Taghiyev in 1895-1901. The museum received its first visitors in May 1921. In the initial period of its establishment, such departments as History, Archaeology and Ethnography, Botany and Zoology, Mineralogy and Geology, Fine Arts and Artistic Craft, Public Education, Auxiliary Educational Institutions, as well as the Society on Exploration of Azerbaijan - Native Land and the Commission on Ancient Monuments’ Guard functioned in the museum. The Society on Studies and Exploration of Azerbaijan established in 1923 and functioning in close relationship with the museum united the said society and the commission under its direction. The following years, in accordance with the demands of the period, structural changes were made at the museum repeatedly. The increase of attention to the political-educational issues of the growing generation in the mid-1930s, the realization of the demands of the Party and the Government for the necessity of demonstrating the “privileges” of the socialist society at the museum expositions made the study of history and its propagation in accordance with the totalitarian regime policy one of the burning issues of the day. The increased attention to the teaching of history at schools was accompanied by the establishment of new type history-regional ethnography museums. Under the decree of the Council of People’s Commissars (CPC) of Azerbaijan of March 31, 1936 the rebuilding of Azerbaijan State Museum resulted in the establishment of the museum of a history profile and its being handed over of the administration to the newly-set up Azerbaijan branch of the Academy of Sciences of the USSR under the name of Azerbaijan History Museum. It, in its turn, gave rise to the separation of other non-history profile scientific fields in addition to the Theatre Museum separated from the former State Museum in 1934 and to the establishment of new museums (Museum of History of Nature, Art Museum, Museum of Religion and Atheism History, Literature Museum, etc. ). The mass repression and the war taking place at the end of the 30s and at the beginning of the 40s rarefied the rows of scholars and museum worker. The History Museum which used to be an independent body until 1941 turned into a museum department within the Institute of History, Language and Literature of the Azerbaijan branch of the Academy of Sciences of the USSR. Azerbaijan History Museum functioned under the same name attached to Azerbaijan Academy of Sciences of the USSR that was established in 1945. From 1920 to 1941, organizing exhibitions were mainly on different historical themes, both at Taghiyev’s house and Shirvanshahs’ Palace. The museum (in 1941-1952 the CPC of Azerbaijan SSR, later renamed Council of Ministers, was placed at Taghiyev’s house) much preferred research (especially archaeological) works in the years of war and the following years. Given back of Taghiyev’s estate to the museum in 1953 and the measures taken by the state in the field of the museum-building created conditions for the establishment of the scientific exposition at the Azerbaijan History Museum reflecting the history of our people from the ancient periods up to now. One needs to frequently use the words “the first” or “for the first time” while speaking about activity of the Azerbaijan History Museum. In fact, from 1925 to 60s, until the carrying out of excavations was given to the History Institution of Academy of Sciences, the History Museum functioned as an archaeological center of the Republic and archaeological investigations carried out in Khojaly, Nakhchivan, Gabala, Ganja, Kharaba Gilan, Orengala, Mingechevir, etc. by archaeologists of the History Museum --Davud Sharifov, Yevgeni Pakhomov, Ishag Jafarzade, Movsyum Salamov, Saleh Gaziyev, Mammadali Huseynov , etc. laid the ground for the scientific investigation of the ancient monuments of material culture in the territory of Azerbaijan. Artefacts discovered during these expeditions and ethnographic expeditions organized by the Museum and stored at the museum departments today, enriched the museum collection and became a source for many books and dissertations. Beginning from the 60s, though the museum didn’t organize archaeological expeditions, it became the centre of a new area - underwater archaeological investigations. In 1968 – 1972 a divers’ group led by Viktor Kvachidze investigated the Caspian Sea and seaside territory (Byandovan I, Byandovan II, Bilgeh, etc.) and discovered underwater archaeological materials which have a special place in the exposition today. They discovered medieval residences (Mughan, Gushtasfi) and founded the research activity of them. The rich collection of the museum has served as a source for booklets, catalogues, albums and articles published in different years. The books published tastefully by the museum under the name “National Garments” ,“Jewelry”, “Oriental arms”, “Copperware ” , “Carpets and All Kinds of Carpets and Rugs”, “Azerbaijani embroideries”, “Archaeological material”, “Numismatics” and “Underwater archaeology” were received with great interest. Also the publication of “The catalogue of gold and silver objects found during archaeological excavations ” in 1966 and the album “The ancient adornments of Azerbaijan” in 1972 roused a great interest for history lovers. In the years of 1970-1980 a two-volume book by name “The exhibits speak” came out , covering the description and the information on the original and rare exhibits concerning our contemporary history. An original “The Statehood in Azerbaijan and its symbols” book-album came out in 2000. Besides reflecting a greater material kept at the museum funds, it comprises our state symbols for the first time in Azerbaijan-based history studies. The Museum-related works published and research sessions-related materials devoted to the results of research works carried out in the Museum in 1950-1990 comprise its research editions. Continued since 2001 under the name of “Azerbaijan History Museum ” this work has been edited by name “Azerbaijan History Museum- 80 ”, “Azerbaijan History Museum -2002 ”, “Azerbaijan History Museum- 2003”, “Azerbaijan History Museum -2004”. The said works being the collection of scholarly work mainly rely on the Museum materials, reflect the characteristic features of the collected exhibits, the organization of expositions from a scientific point of view, the duties of museum management studies and the scientific activity of the Museum research workers. In 2002 the “Maestro Niyazi” catalogue made on the memorial collection preserved at the Museum funds in 2003. the “Multi Media” CD (with financial aid of UNESCO) devoted to the collection of the Azerbaijan History Museum came out. It should be noted that these works comprise only the least part of editions come out with signature stamps of the Azerbaijan History Museum throughout its activity. The research works carried out in the Museum, besides developing the Science of History in Azerbaijan, also fulfils the main function of the Museum: they form the face of the museum, i.e. its exposition. Though the results of various expeditions, valuable archaeological, ethnographic, numismatic materials and documents gained after intense searches are exhibited in the exposition of the Museum and they witness the centuries-old culture and history peculiar to our people. In 2005 began capital restoration and reconstruction of Azerbaijan History Museum. Consequently,Taghiyev’s Palace obtained its past exterior and interior view again. In November 2005, the museum was given national status under the order of Cabinet of Ministers.
- Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi tədqiqat və mədəni-maarif müəssisəsidir. Muzey 1920-ci il iyunun 15-də “Doğma diyarın tədris muzeyi” adı ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının məkdəbdənkənar işlər şöbəsində təzəcə təşkil olunmuş “Muzekskurs” yarımşöbəsinin nəzdində yaradılmışdır. Əsas bazasını Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ildönümü münasibətilə 1919-cu il dekabrın 7-də açılmış “İstiqlal” muzeyinin materialları təşkil edirdi. 1920-ci ilin iyulundan həmin muzeyin şərəfinə “Doğma diyarın tədris muzeyi – İstiqlal”, 1920-ci ilin oktyabrından 1936-cı ilin martınadək Azərbaycan SSR Dövlət Muzeyi adlandırılmışdır. Tarix Muzeyi 1920-ci ilin iyulundan məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1895-1901-ci illərdə tikdirdiyi sarayda yerləşdirilmiş və ilk tamaşaçılarını 1921-ci ilin mayında qəbul etmişdir. Yarandığı ilk illərdə muzeydə tarix, arxeologiya və etnoqrafiya, botanika və zoologiya, mineralogiya və geologiya, təsviri incəsənət və bədii sənət, xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, eləcə də Azərbaycan Doğma Diyarın Tədqiqi Cəmiyyəti və Qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərirdi. 1923-cü ildə yaradılan və muzeylə sıx əlaqədə fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti muzeyin tərkibindəki cəmiyyəti və komissiyanı özündə birləşdirdi. Sonrakı illərdə dövrün tələbinə uyğun olaraq muzeydə dəfələrlə struktur dəyişikliyi edildi. 1930-cu illərin ortalarında böyüməkdə olan nəslin siyasi tərbiyəsi məsələlərinə diqqətin artırılması, muzey ekspozisiyasında sosialist cəmiyyətinin “üstünlüklərini” nümayiş etdirməyin vacibliyinə dair partiya və hökumətin tələblərinin həyata keçirilməsi tarixin totalitar rejimin siyasətinə uyğun öyrənilməsi və təbliğini günün əsas məsələlərindən etdi. Məktəblərdə tarixin tədrisinə artırılan diqqət yeni tipli tarix-diyarşünaslıq muzeylərinin yaranması ilə müşayiət olundu. Azərbaycan SSR XKS-nin 31 mart 1936-cı il qərarına görə Azərbaycan Dövlət Muzeyinin yenidən qurulması, tarix profilli yeni muzeyin yaradılması və onun Azərbaycan Tarixi Muzeyi adı ilə yenicə təşkil edilmiş SSRİ EA-nın Azərbaycan Filialına verilməsi ilə nəticələndi. Bu, keçmiş Dövlət Muzeyinin tərkibindən 1934-cü ildə çıxmış Teatr Muzeyindən başqa qeyri-tarix profilli digər sahələrin ayrılmasına və yeni muzeylərin (Təbiət Tarixi Muzeyi, İncəsənət Muzeyi, Din və Ateizm Tarixi Muzeyi, Ədəbiyyat Muzeyi və s.) yaranmasına səbəb oldu. 30-cu illərin sonu – 40-cı illərin əvvəllərində baş verən kütləvi repressiya və müharibə alimlərin, muzey işçilərinin sıralarını seyrəltdi. 1941-ci ildən bu vaxtadək müstəqil qurum olan Tarix Muzeyi SSRİ EA Azərbaycan Filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunda muzey şöbəsinə çevrildi. Azərbaycan Tarixi Muzeyi 1945-ci ildə yaradılmış Azərbaycan SSRİ EA-nın tərkibində eyni adla fəaliyyətə başladı. 1920-41-ci illərdə H.Z.Tağıyev mülkündə və Şirvanşahlar Sarayında, əsasən, tarixi mövzularda sərgilər təşkil edən muzey (1941-1952-ci illərdə H.Z.Tağıyev mülkündə Azərbaycan SSR XKŞ – Nazirlər Soveti yerləşdirilmişdi) müharibə və sonrakı illərdə elmi tədqiqat (xüsusilə arxeoloji) işlərinə daha çox üstünlük verdi. 1953-cü ildə Tağıyev mülkünün yenidən muzeyə qaytarılması və dövlətin muzey quruculuğu sahəsində gördüyü tədbirlər Tarix Muzeyində xalqın ta qədimdən bu günədək tarixini əks etdirən elmi ekspozisiyanın qurulması üçün şərait yaratdı. Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyəti haqqında danışarkən tez-tez “birinci” və “ilk dəfə” sözlərindən istifadə etmək lazım gəlir. Belə ki, 1925-ci ildən başlayaraq 60-cı illərədək, arxeoloji işlərin aparılması EA-nın Tarix İnstitutuna həvalə edilənədək, respublikanın arxeoloji mərkəzi olan Tarix Muzeyi arxeoloqlar Davud Şərifov, Yevgeni Paxomov, İshaq Cəfərzadə, Mövsüm Salamov, Saleh Qazıyev, Məmmədəli Hüseynov və b.-nın rəhbərliyi ilə Xocalıda, Naxçıvanda, Qəbələdə, Gəncədə, Xaraba Gilanda, Örənqalada, Mingəçevirdə və b. yerlərdə apardıqları qazıntılarla Azərbaycan ərazisinin qədim maddi-mədəniyyət abidələrinin elmi baxımdan öyrənilməsinin əsasını qoydu. Məhz bu ekspedisiyalar, eləcə də Muzeyin təşkil etdiyi etnoqrafik ekspedisiyalar zamanı əldə olunan və bu gün muzeyin fondlarında qorunan material ekspozisiyanı, o cümlədən muzey kolleksiyasını zənginləşdirdi, neçə-neçə kitab və dissertasiya üçün mənbə rolunu oynadı. 60-cı illərdən başlayaraq muzey bilavasitə arxeoloji ekspedisiyalar təşkil etməsə də, yeni bir sahənin - sualtı arxeoloji tədqiqatların mərkəzinə çevrildi. 1968-72-ci illərdə Muzeyin əməkdaşı tarixçi-arxeoloq Viktor Kvaçidzenin başçılıq etdiyi qəvvaslar qrupu Xəzər dənizində və sahilyanı ərazidə (Bəndovan I, Bəndovan II, Bilgəh və s.) tədqiqat işləri aparmış, bu gün ekspozisiyada görkəmli yer tutan sualtı arxeoloji materialı aşkar etmiş, su altında qalmış orta əsr yaşayış yerlərinin (Muğan, Quştaşfi) tapılması və öyrənilməsi işinin əsasını qoymuşlar. Muzeyin zəngin kolleksiyası müxtəlif illərdə nəşr edilmiş buklet, kataloq, albom və məqalələrin əsasını təşkil etmişdir. Muzey tərəfindən nəfis şəkildə nəşr edilmiş “Milli geyimlər”, “Zərgərlik bəzəkləri”, “Şərq silahları”, “Mis məmulatı”, “Xalçalar və xalça məmulatı”, “Azərbaycan tikmələri”, “Arxeoloji material”, “Numizmatika”, “Sualtı arxeologiya” adlı kitablar yüksək rəğbətlə qarşılanmışdı. 1966-cı ildə “Azərbaycanda aparılan arxeoloji qazıntılardan əldə edilmiş qızıl və gümüş əşyaların kataloqu” və 1972-ci ildə “Azərbaycanın qədim bəzəkləri” albomunun nəşri də tarixsevərlər arasında böyük marağa səbəb olmuşdu. 1970-80-ci illərdə “Eksponatlar danışır” adı ilə ən yeni tariximizə dair orijinal və nadir eksponatların təsviri və onlar haqqında məlumat verən iki cildlik kitab çapdan çıxmışdır. Muzeyin fondlarında saxlanılan bir çox materialı əks etdirən, Azərbaycan tarixşünaslığında ilk dəfə dövlətçilik rəmzlərimizi özündə birləşdirən orijinal “Azərbaycanda dövlətçilik və onun rəmzləri” kitab-albomu 2000-ci ildə işıq üzü görmüşdür. Muzeyin 1950-90-cı illərdə nəşr edilən əsərləri və burada aparılan elmi tədqiqat işlərinin nəticəsinə həsr edilmiş elmi sessiyaların materialları da onun elmi nəşrlərindəndir. Bu iş 2001-ci ildən davam etdirilərək “Azərbaycan Tarixi Muzeyi” adı altında Azərbaycan Tarixi Muzeyi-80, Azərbaycan Tarixi Muzeyi-2002, və s. adlarla nəşr olunub. Elmi məqalələr toplusu olan bu əsərlər əsasən muzey materiallarına əsaslanır, toplanılan eksponatların xüsusiyyətlərini, ekspozisiyaların elmi baxımdan təşkilini, muzeyşünaslığın vəzifələrini, əməkdaşların elmi fəaliyyətini əks etdirir. 2002-ci ildə muzeyin fondlarında mühafizə edilən xatirə kolleksiyası əsasında hazırlanmış “Maestro Niyazi” kataloqu, 2003-cü ildə Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına həsr olunmuş multimedia kompakt diski (YUNESKO-nun maliyyə yardımı ilə), 2004-cü ildə “Elmin qızıl fondu” kataloqu və s. işıq üzü görmüşdür. Onu da qeyd etməliyik ki, bu əsərlər fəaliyyət göstərdiyi illər ərzində Azərbaycan Tarixi Muzeyinin qrifi ilə çıxan nəşrlərin yalnız cüzi hissəsidir. Muzeydə aparılan elmi-tədqiqat işləri Azərbaycanda tarix elmini inkişaf etdirməklə yanaşı özünün başlıca vəzifəsini yerinə yetirir: muzeyin simasını-onun ekspozisiyasını formalaşdırır. Müxtəlif ekspedisiyaların nəticələri, gərgin axtarışlardan sonra əldə edilən qiymətli arxeoloji, etnoqrafik, numizmatik, sənədli və əşyayi materiallar ekspozisiyada nümayiş etdirilir və xalqımızın özünəməxsus çoxəsrlik mədəniyyətinə və tarixinə şəhadətlik edir. 2005-ci ildən Azərbaycan Tarixi Muzeyində əsaslı bərpa və yenidənqurma işləri başlanmışdır. İki il ərzində aparılan işlər nəticəsində Tağıyev sarayının bənzərsiz xarici və daxili görünüşü yenidən özünə qaytarıldı. 2005-ci ilin noyabrında Nazirlər Kabinetinin sərəncamı ilə muzeyə milli statusu verildi.